Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
21:56 - 19 Dekabr 2021
Futbol üzrə Türkiyə Super Liqasında XVII turun son görüşü "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçirilib.
Manset.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk qolu 14-cü dəqiqədə penalti ilə meydan sahiblərindən Mesut Özil vurub. 25-ci dəqiqədə Jozef de Souza Dias hesabı bərabərləşdirib.
30-cu dəqiqədə Mergim Berişa yenidən yerli komandanı önə çıxarıb. Lakin Lakin 59-cu dəqiqədə Jozef özünün və komandasının ikinci qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra "Fənərbağça" 28 xalla 5-ci, "Beşiktaş" 25 xalla 9-cu pillədə qərarlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin