Mobil telefonunuza gələn bu mesajı açmayın - DİN çağırış edir
20 Noyabr 2024
09:30 - 18 Dekabr 2021
Moskvanın Basmannı məhkəməsi bankir Olqa Mirimskayanı İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək iki ay müddətinə həbs edib.
Manset.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb.
Qeyd edək ki, 2015-ci ildə Mirimskaya "Forbes" jurnalının tərtib etdiyi "Rusiyanın ən zəngin qadınları" reytinqində 22-ci yerdə qərarlaşıb. Onun sərvəti 100 milyon ABŞ dolları qiymətləndirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin