Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
21:48 - 17 Dekabr 2021
Rusiya tələb etdiyi, qadağan olunmuş məzmunu silmədiyinə görə sosial media şirkətlərini cəzalandırmaqda davam edir.
Manşet.az xəbər verir ki, “Twitter” və “Tiktok” sosial şəbəkələrində tətbiq edilən cəzalardan sonra “Facebook”a da cərimə tətbiq edilib.
Məhkəmə “Facebook”un sahibi ABŞ-ın “Meta” şirkətini cərimələyib. Səbəb kimi şirkətin tələb olunan qadağan olunmuş məzmunu silməməsi göstərilib.
Bildirilir ki, Rusiya “Facebook”u üç ayrı iş üzrə 13 milyon rubl cərimələyib.
Rusiyada əvvəlkilərlə birlikdə “Facebook”a bu il tətbiq edilən ümumi cərimə 83 milyon rubl təşkil edib.
Qeyd edək ki, eyni məhkəmə müvafiq səbəbə görə, “Twitter”i təxminən 125 min 656 dollar və Çin paylaşım platforması “Tiktok”u isə 50 min 300 dollar cərimələyib.
Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin məlumatına görə, “Meta”, “Google”, “YouTube”, “Twitter” və “TikTok” kimi şirkətlər hələ də tələb olunan 5500-ə yaxın məzmunu silməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin