Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
13:25 - 17 Dekabr 2021
Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər daha iki il uzadılıb.
Manset.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı bu məhsullara 5 %-lik idxal gömrük rüsumları tətbiq ediləcək. Bundan öncə bu məhsullara 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.
Qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.
Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin