Mina xəritələri qarşılığında diversantlar – Bakı ilə Yerevan yeni razılaşmaya gedir.. BQXK-nın prezidenti

11:28 - 30 İyun 2021

Mina xəritələri qarşılığında diversantlar – Bakı ilə Yerevan yeni razılaşmaya gedir.. BQXK-nın prezidenti

“Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ilə Yerevan arasında hərbi əsirlərin dəyişdirilməsində vasitəçi ola bilər. Amma saxlanılan şəxslərin statusu barədə mübahisəni Azərbaycan və Ermənistan öz aralarında həll etməlidir”.

 

Manset.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Rusiyanın “İzverstiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin azad olunması ilə bağlı danışıqlarda irəliləyiş var. Qırmızı Xaç Komitəsinin sədri bu zaman Qarabağdakı mina xəritələri ilə bağlı məsələyə birbaşa toxunmasa da, danışıqların getdiyini təsdiqləyib.

“İrəliləyiş əldə olunub, saxlanılan şəxslər evlərinə göndərilir. Amma bəzi saxlnaılan şəxslər barədə mübahisələr var: onlar hərbi əsir sayılıb-sayılmaması,hansı statusa malik olmaları və s. barədə. Bu məsələlərlə məşğul olmaqda davam edirik”- deyə Maurer deyib.

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda basdırılmış 97 min piyada və tank əleyhinə minanın yerləşdiyi ərazini göstərən mina xəritələri qarşılığında 15 erməni diversantı Ermənistan qaytarmışdı.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin