Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
22:22 - 16 Dekabr 2021
Türkiyədə daha 26 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
Manşet.az TRT-yə istinadən xəbər verir ki, hadisə İstanbul, Kahramanmaraş, Qaziantep, Sivas, Ərzincan, Yalova, Antalya, Mersin və Aksarayda baş verib.
Bildirilir ki, qeyri-qanuni yolla gəlir əldə etmək məqsədilə istehsal edilərək satılan saxta içkilər can almaqda davam edir.
Dekabrın 13-dən bəri metil spirtindən zəhərləndiyi təxmin edilən İstanbulun Esenler və Avcılar rayonlarında səkkiz, Kahramanmaraşda dörd, Qaziantepdə dörd, Sivasda üç, Yalovada iki, Ərzincanda iki, Antalyada bir, Mersində bir və Aksarayda bir nəfər ölüb. Bundan başqa, zəhərlənən 22 nəfərin müalicəsi davam edir.
Əməliyyatlarda 85 şübhəlinin saxlanıldığı, 13 qanunsuz spirtli içki istehsal edən obyektin müəyyən edildiyi açıqlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin