Belarus Azərbaycana təşəkkür ETDİ

19:52 - 16 Dekabr 2021

Belarus Azərbaycana təşəkkür ETDİ

Belarus Xarici İşlər Nazirliyi Şərq Tərəfdaşlığı sammitində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Manşet.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

 “Suverenlik və müstəqillik məfhumlarının qədrini mükəmməl bilən qardaş Azərbaycana beynəlxalq aləmdə ölkəmizə verdiyi ardıcıl və güzəştsiz dəstəyə görə təşəkkür edirik”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazirlik vurğulayıb ki, Bakı beynəlxalq hüquq normalarına tam uyğun olaraq xarici siyasət prinsiplərinə ardıcıl əməl etməklə, beynəlxalq münasibətlərin məsuliyyətli və müstəqil iştirakçısı kimi özünü göstərib.

Bundan əlavə, XİN xatırladıb ki, Belarusu Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqının siyasiləşdirilmiş təşəbbüsü deyil, ümumi tarix, xalqların yaxın dostluğu, qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıq, müxtəlif inteqrasiya platformalarında konstruktiv qarşılıqlı fəaliyyət bağlayır.

Nazirlik həmçinin qeyd edib ki, Minskə dost dövlətlərdən Belarus əleyhinə bəyanatlara və hərəkətlərə mənfi reaksiya gözlənilirdi. 

“Gənc postsovet ölkələrinin tarixi dəfələrlə nümayiş etdirib ki, istənilən bayraq altındakı kreslo geosiyasi uyğunlaşmalardan və Avropa bürokratiyasının əhval-ruhiyyəsindən asılı olaraq boş qala bilər”, - Belarus XİN-in məlumatında deyilir. 

Xatırladaq ki, Brüsseldə keçirilən sammit zamanı  Azərbaycan bəyannamənin Belarusdakı vəziyyətlə bağlı, yəni daxili məsələlərinə aid olan 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndə qoşulmayıb.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin