Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
18:16 - 16 Dekabr 2021
Türkiyədə 2022-ci ildə minimum əməkhaqqı 4 min 250 lirə olaraq tətbiq olunacaq.
Manşet.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.
"Bu gün keçirilən 4-cü iclasla yekun mərhələyə çatıb. Komissiya əmək və sosial müdafiə nazirliyimizə minimum əməkhaqqının 4 min lirədən yuxarı olması ilə bağlı rəy verib”, - Ərdoğan bildirib.
Prezident əlavə edib ki, bu rəqəm işçinin evli olub-olmamasından və uşaqlarının sayından asılı olaraq dəyişəcək:
"Minimum əməkhaqqı artımı 50 faiz təşkil edib. Yeni minimum əməkhaqqının işçilərimizə, işəgötürənlərimizə və ölkəmizə xeyirli olmasını arzu edirəm”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin