Semyon Peqov saxlanıldı

09:36 - 15 Dekabr 2021

Semyon Peqov saxlanıldı

Rusiyalı "jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə RİA "Novosti” Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb.

Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən "WarGonzo” layihəsinin yaradıcısıdır.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin