"Bu mahnıdan qazandığım pulla İstanbulda ev aldım" - Brilliant

07:48 - 30 İyun 2021

\"Bu mahnıdan qazandığım pulla İstanbulda ev aldım\" - Brilliant

Xalq artisti Brilliant Dadaşova "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib.

Manset.az xəbər verir ki, müğənni bu haqda "Fəlidon doğru xəbər" verilişində deyib. O, "Nə qədər qazanmışınız? Neçə sıfır var idi" sualına belə cavab verib:

"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv