Koçaryan Şuşa və Hadrutdan danışdı: "...almayacağımız deməkdir."

00:39 - 30 İyun 2021

Koçaryan Şuşa və Hadrutdan danışdı:

Seçkilərdə məğlub olan sabiq Ermənistan prezidenti daha bir iddia irəli sürüb.

"Hakimiyyət mövcud kursuna davam edərsə, il yarımdan sonra yenidən erkən parlament seçkiləri keçiriləcək".

Manset.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

"Ermənistan" blokunun lideri bildirib ki, erkən seçkilər siyasi böhrandan çıxmaq üçü keçirilir. Amma bu, Ermənistanda baş vermədi:

"Bu, niyə məğlub olduğumuz, beş min insanın niyə öldüyü, Şuşa və Hadrutun necə itirildiyi suallarına cavab almayacağımız deməkdir."

Mövcud şəraitdə hakimiyyət ya siyasi repressiya və təqibləri davam etdirəcək, ya da nəticə çıxaracaq və iş üslublarını kökündən dəyişdirəcəklər. Ancaq onlar artıq ilk yolu seçdilər və bu, erkən seçkilərə yol açır", deyə Robert Koçaryan bildirib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin