Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
21:58 - 13 Dekabr 2021
21 dekabr tarixində Nika Meliya tərəfindən elan edilmiş etiraz aksiyası mənim üçün çox önəmlidir. Hazırda həlledici addımlar ölkə üçün, həmçinin mənim həyatımın xilası üçün çox vacib bir yoldur.
Manşet.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında bildirib.
"Mən yaxşı görürəm ki, DTX inamsızlıq və vəziyyəti gərginləşdirmək üçün illüziya yaradır. Vahid Milli Hərəkata və Nika Meliyaya qarşı hücumlar sadəcə Bidzina İvanişvili və DTX üçün faydalı bir işdir.
Onlar üçün Vahid Milli Hərəkatın 1 milyonluq dəstəkçisi soyğunçu bandanın qaçılmaz sonu deməkdir. Buna görə də xahiş edirəm, vahid platformada kiçik və ya böyük aktiv vətəndaş qrupları ilə birlikdə dayanaq.
Bu dəfə İvanişvilinin hiylələri işləməyəcək. Bizi çox aktiv və sürprizlərlə dolu günlər gözləyir", - Saakaşvili qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin