Lavrov iranlı həmkarı ilə danışdı - Telefonda nüvə müzakirəsi

19:31 - 13 Dekabr 2021

Lavrov iranlı həmkarı ilə danışdı - Telefonda nüvə müzakirəsi

Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan telefonla danışıblar.

Manşet.az xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə mövcud vəziyyəti müzakirə ediblər.

"Əsas diqqət noyabrın 29-da Vyanada bərpa olunmuş danışıqlar prosesi kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında mövcud vəziyyətə yönəldilib.

Tərəflər nüvə sazişinin bərpasına qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Lavrov və Abdullahiyan ikitərəfli və regional gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin