3 gün əvvəl atasının itkin düşdüyünü dedi - DƏHŞƏT! Özü yandırıb həyətdə basdırıbmış

11:37 - 13 Dekabr 2021

3 gün əvvəl atasının itkin düşdüyünü dedi - DƏHŞƏT! Özü yandırıb həyətdə basdırıbmış

Gəncə şəhərində oğul atasını öldürüb basdırdıqdan sonra onun itkin düşməsi barədə polisə məlumat verib.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd polisə müraciət edərək atası 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi ilə bağlı məlumat verib. O, atasının ruhi-əsəb xəstəsi olduğunu bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin yaşadığı evin həyətində basdırılmış meyiti tapılıb. Davam etdirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Azad Məmmədov elə öz oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən qətlə yetirilərək basdılırıb.

M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin oxuyun: “Gecə vaxtı məni evdən göndərməsindən şübhələndim” - 14 illik arvadını öldürdü

Faktla bağlı araşdırma davam etdirilir.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, oğul əvvəlcə atasını boğaraq öldürüb, daha sonra həyətdəki xəzəl topasının altında yandırıb,ardınca isə meyiti parçalara ayıraraq basdırıb. A.Məmmədovun cəsədi aşkarlanan zaman qolunun və sağ əlinin olmaması müəyyən edilib

***

Prokurorluqdan verilən məlumata görə, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı cinayət işi başlanıb. Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam edir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin