Quldurluq edən qardaş və ögey bacısı həbs edildi

10:01 - 13 Dekabr 2021

Quldurluq edən qardaş və ögey bacısı həbs edildi

Şəmkir rayonunda qadını bıçaqla hədələyərək 15 min manatlıq qızıllarını quldurluq yolu ilə ələ keçirən şəxslər barəsində cinayət işi başlanılıb.

Manset.az xəbər verir ki, hadisə noyabrın 26-da rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Aybəniz Zeynalovanın ümumilikdə 15 064 manat dəyərində qızıl-zinət əşyalarını, mobil telefonunu və pulqabısını aparıblar.

Daha sonra Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Sənani Misirov və onun ögey bacısı Gülnar Həşimzadə saxlanılıb.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.4-cü (Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin