BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
09:14 - 13 Dekabr 2021
Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra futbolçulara hücum edib.
Manset.az "Interia" nəşrinə istinadən xəbər verir ki, fanatlar qarşılaşmanın final fitindən sonra bazaya yollanıblar.
Onlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adı açıqlanmayıb.
Polis dərhal hadisə yerinə gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.
Qeyd edək ki, "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. O, "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin