Mahir Emrelinin komandası cərimələndi

10:10 - 12 Dekabr 2021

Mahir Emrelinin komandası cərimələndi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.

Manset.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, buna Varşava təmsilçisinin evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Nəticə klub 40 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin