Türkiyədə "omicron" ştamına yoluxma aşkar edilib

08:48 - 12 Dekabr 2021

Türkiyədə

Türkiyədə koronavirusun "omicron" ştamına yoluxma qeydə alınıb.

 

Manset.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, bu günə qədər biri İstanbul, beşi İzmirdə olmaqla 6 nəfərdə "omicron" ştamı aşkar edilib: "yoluxanlar xəstəliyi yüngül keçirib. Onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb", deyə Fəxrəddin Qoca qeyd edib.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin