20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
07:38 - 12 Dekabr 2021
"Anji", "Barselona", "İnter" və "Çelsi"nin sabiq hücumçusu Samuel Eto'O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Manset.az federasiyanın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu seçkilərin nəticələrinə görə hazırkı prezident Seydu Mbombuo Njoyu qabaqlayıb - 31 səsə qarşı 43 səs .
Xatırladaq ki, Samuel Eto'O peşəkar karyerasını 2019-cu ildə başa vurub. Kamerunlu karyerası ərzində “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor”, Qətər klublarında çıxış edib. Eto'O üç dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İspaniya çempionu və bir dəfə İtaliya A Seriyasının qalibi olub.Samuel 1996-2014-cü illərdə çıxış etdiyi Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin