Samuel Etoya vəzifə VERİLDİ

21:49 - 11 Dekabr 2021

Samuel Etoya vəzifə VERİLDİ

Kamerun yığmasının sabiq futbolçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti təyin edilib.

Manşet.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

O, növbəti dörd il ərzində bu vəzifəni icra edəcək.

Seçildikdən sonra Eto investorlar tapacağını və ölkədə onlarla futbol stadionu tikəcəyini vəd edib.

Qeyd edək ki, futbolçu karyerasını 2019-cu ildə Qətər klubunda başa vurub. Dörd dəfə Afrikada ilin futbolçusu seçilib.

O, karyerası ərzində “Barselona”, “İnter” və “Çelsi” kimi klublarda çıxış edib.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin