Ağdamın işğaldan azad edilməsindən 4 il ötür
20 Noyabr 2024
18:43 - 11 Dekabr 2021
Gürcüstanda Xalq Müdafiəçisi yanında Şura eks-prezident Mixail Saakaşviliyə böyük dozada psixotrop maddələrin verilməsi ilə bağlı yayılan xəbərlərdən sonra onun vəziyyətini yoxlayacaq.
Manşet.az xəbər verir ki, bu barədə şuranın həkimi Qriqol Qriqoliya bildirib.
"Saakaşvilinin zəif olması, onun durub danışması çətinləşir. Bizdə də məlumat var ki, o, böyük dozada psixotrop maddə qəbul edib. Ona görə də eks-prezidenti xəstəxanada ziyarət etmək zərurəti yaranıb. Biz də bunu edəcəyik”, - Qriqoliya bildirib.
Saakaşvilinin səhhətini psixiatr da yoxlayacaq.
Qeyd edək ki, "Empati” reabilitasiya mərkəzinin rəhbəri Mariam Cişkarani Saakaşviliyə həm həbsxanada, həm də həbsxana xəstəxanasında böyük dozada psixotrop dərmanlar vurulduğunu bildirmişdi.
Saakaşvilinin həkimi Nino Qoqorişvili isə qeyd edib ki, psixotrop dərmanlar eks-prezidentə yuxu ilə bağlı problemlərə görə yazılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin