Ermənistanda hərbi hissədə silahlı insident - 1 hərbçi öldü, 2-si yaralandı

10:00 - 11 Dekabr 2021

Ermənistanda hərbi hissədə silahlı insident - 1 hərbçi öldü, 2-si yaralandı

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

Manset.az “Aysor”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin