Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
01:13 - 11 Dekabr 2021
ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda doğulmuş qızı İzabel duş Santuşa korrupsiya cinayətlərində iştirak etdiyinə görə ölkəyə giriş qadağası qoyub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.
2021-ci ilin əvvəlində isə “Forbes” onu Afrikanın ən varlı adamları siyahısından çıxarıb.
İzabel 1979-2017-ci illərdə Anqola prezidenti olmuş Joze Eduard Santuşun qızıdır. O, 1973-cü ildə Bakıda anadan olub.
2013-cü ildə “Forbes” 3,5 milyard dollar sərvəti olan İzabeli Afrikanın ən zəngin qadını elan edib. 2020-ci ilin ortalarında onun sərvəti 1,4 milyard dollara enib. 2021-ci ilin yanvarında isə jurnal onu qitənin ən zəngin adamları siyahısından çıxarıb.
Bu hadisə 2019-2020-ci ildə İzabelə qarşı başladılmış cinayət işi çərçivəsində Anqola və Portuqaliyadakı hissələrinin dondurulmasından sonra baş verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin