Ağdamın işğaldan azad edilməsindən 4 il ötür
20 Noyabr 2024
15:45 - 10 Dekabr 2021
Ermənistan Müdafiə Nazirliyi sərhəddəki atışma nəticəsində ölən və yaralananların sayı barədə məlumat paylaşmamağa çağırış edib.
Manset.az xəbər verir ki, Ermənistan mediasında bu gün Kəlbəcərdə baş verən atışma nəticəsində ölən və yaralanan erməni əsgərlərinin olması haqda xəbərlər yayımlanıb.
Ermənistan MN isə mediaya bu haqda xəbər verməyi qadağan edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin