Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
22:50 - 9 Dekabr 2021
Fransa Prezidenti Emmanuel Makron gələn həftə Donbas məsələsi ilə bağlı rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır.
Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Makron keçirdiyi mətbuat konfransında deyib.
“Bizim istəyimiz çərşənbə günü görəcəyim prezident Zelenski ilə təmasda olmaq və gələn həftə danışıqlar aparacağım prezident Putinlə bu formatı (Normand formatı. – red.) müzakirə etmək və siyasi prosesi yenidən başlatmaqdır”, – Fransa lideri bildirib.
O qeyd edib ki, Avropa İttifaqı və ABŞ ilk növbədə “Ukraynanın təhlükəsizliyinin təmin edilməsində ona dəstək verməyə”, daha sonra isə regionda problemin sülh yolu ilə nizamlanması üçün bütün lazımi şəraiti yaratmağa çalışır.
Bundan başqa, Fransa liderinin sözlərinə görə, Avropa ölkələri və ABŞ “Rusiya ilə tələbkar dialoqun” zəruriliyində yekdildir. Bu, “Ukraynanın suverenliyini, regionda asayişin bərpasını və bütün qitənin sabitliyini qoruyacaq yeni həll yolu və prosesi qurmağa imkan verəcək”, - Makron bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin