20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
08:38 - 9 Dekabr 2021
Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Manset.az xəbər verir ki, avrokuboklarda Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” da qrupda son matçına çıxacaq.
Qrupda 11 xalı olan Qurban Qurbanovun komandası İsveçrədə eyni xala malik “Bazel”in qonağı olacaq. H qrupunda ikinciliyi təmin edən Ağdam təmsilçisi 1/8 finala adlamaq üçün mütləq qalib gəlməlidir.
Əgər Azərbaycan təmsilçisi qalib gələ bilməsə, mübarizəni pley-offda davam etdirəcək.
Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Konfrans Liqası
Qrup mərhələsi, VI tur
H qrupu, 9 dekabr
00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bazel. “Sent Yakobs Park
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin