Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
22:18 - 8 Dekabr 2021
ABŞ Prezidenti Co Bayden Rusiya dövlət başçısı Vladimir Putinin Ukraynanı işğal etməsinin ağır nəticələrinin olacağını, ancaq Ukraynaya əsgər göndərmək məsələsinin hazırda masada olmadığını bildirib.
Manşet.az xəbər verir ki, bunu Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Putinə Ukraynanı işğal edərsə, bunun nəticələrinin ağır olacağını və bugünədək görülməmiş iqtisadi nəticələrlə qarşılaşacaqlarını söylədim”, - Bayden dünənki videoformatda keçirilən görüşü xatırladıb.
“Putinin məni çox yaxşı başa düşdüyünü düşünürəm. NATO ölkələrindəki hərbi varlığımızı artırmaq lazım gələ bilər. Bundan başqa, Ukraynaya əlavə müdafiə yardımı edə biləcəyimizi də Putinə söylədim”, - ABŞ lideri əlavə edib.
O qeyd edib ki, Ukrayna NATO üzvü olmadığı üçün hücum əsnasında Ukraynaya hərbçi göndərmək məcburiyyətləri yoxdur:
“Digər NATO müttəfiqlərimiz Ukraynaya hərbi dəstək verməyimizin vacibliyi qənaətinə gələrsə, o zaman oraya girərik, ancaq Rusiyanın Ukrayna işğalına ABŞ-ın təktərəfli qarşı çıxacağı fikri hazırda mümkün deyil.
Putinin Ukraynanı işğal edəcəyi halda baş verəcəklər haqqındakı mesajı dəqiq aldığını düşünürəm”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin