DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
21:25 - 8 Dekabr 2021
"Hələ ilk oyundan sonra göründü ki, rəqib bizimlə eyni səviyyədədir. Digər qrup matçlarında olduğu kimi bu dəfə də qələbəyə köklənməliyik".
Manset.az-ın məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan öncə mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis bu görüşü qrup birinciliyi uğrunda final qarşılaşması adlandırıb: "Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək".
Rahmen "Qarabağ"ın taktiki cəhətdən yaxşı komanda olduğunu bildirib: "Rəqib sürətli oynamağı sevən, meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir".
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin