Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
20:47 - 8 Dekabr 2021
"Azərbaycan Naxçıvanla, Ermənistan isə İran və Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi alacaq. Bu, Ermənistanın maraqlarına tam uyğundur”.
Manset.az "aysor.am"a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.
Belə ki, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Anna Mkrtçyan bu gün parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinə istinad edib: "Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat vasitələrinə nəzarəti Rusiya FSB-nin Sərhəd Xidməti həyata keçirir. İndi sual yaranır: bir neçə kilometr uzunluğunda olan bu, dəhliz deyilsə, nədir?”.
Baş nazir Nikol Paşinyan isə cavabında deyib ki, həmin bənddə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması qeyd edilib. İkincisi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına nəzarət Rusiya FSB-nin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
“Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz Azərbaycanın qərb rayonlarının dəmir yolu və avtomobil yolları alması kontekstində regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırıq və maraqlıyıq. Azərbaycan Naxçıvan Muxtar Respublikası, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə avtomobil və dəmir yolları ilə əlaqəni əldə etməlidir”, - Paşinyan vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin