Şadlıq sarayından oğurluq edən şəxs saxlanıldı

09:31 - 8 Dekabr 2021

Şadlıq sarayından oğurluq edən şəxs saxlanıldı

Oğuz rayonunun Qumlaq kəndində yerləşən “Ülvi” şadlıq sarayından oğurluq edilib.

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan televizor, nasos, enerji və spirtli içkiləri, eləcə də kassada olan pulu oğurlayıb.

Hadisə ilə əlaqədar Oğuz Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Şirvanlı kənd sakini, əvvəllər də məhkum olunmuş Rəhman Hümbətov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

R.Hümbətov hadisə zamanı sərxoş olduğunu bildirib və oğurladığı əşyaları yaşadığı ünvanda gizlətdiyini, pulu isə xərclədiyini etiraf edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin