BMT iki ölkəyə qadağa Qoydu

14:11 - 7 Dekabr 2021

BMT iki ölkəyə qadağa Qoydu

Əfqanıstanda bu ilin avqust ayında hakimiyyəti ələ keçirmiş "Taliban” radikal hərəkatı Birləşmiş Millətlər Təşkilatını (BMT) bu hərəkata Baş Assambleyada yer ayrılmaması barədə qərara yenidən baxmağa çağırıb.

Manşet.az xəbər verir ki,  "Taliban” nümayəndələri bildiriblər ki, xalqı və hökuməti təmsil etməyən şəxsin Əfqanıstanı BMT-də təmsil etməsi ədalətsizlikdir.

Xatırladaq ki, Baş Assambleya Əfqanıstan və Myanmanı BMT-də kimin təmsil edəcəyi ilə bağlı qətnamənin qəbulunu təxirə salıb. Bu isə o deməkdir ki, hər iki ölkədə hakimiyyət dəyişikliyinə baxmayaraq, hazırki səfirlər təşkilatdakı yerlərini saxlayacaqlar.

"Əfqanıstandakı "Taliban” hərəkatı və Myanmadakı hərbi rəhbərlik qanuni seçilmiş hökumətlərin təyin etdiyi diplomatları əvəz etmək üçün öz namizədlərini göndəriblər. Lakin BA bu prosesi dayandırıb. Müvafiq qətnamə səsvermə keçirilmədən, konsensus nəticəsində qəbul edilib”, - BMT-nin məlumatında deyilir/Report.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin