"Bu, Cənubi Qafqazda yeni sülh dövrünün başlaması üçün önəmli addımdır”- Ərdoğanın müavini

14:08 - 7 Dekabr 2021

"Türkiyə, Azərbayacan, Rusiya, İran, Ermənistan və Gürcüstanın bu bölgənin 6 ölkəsi olaraq öz məsələlərini birlikdə həll etmək iradəsini ortaya qoymaları Cənubi Qafqazda yeni sülh dövrünün başlaması üçün önəmli addımdır”.

Manşet.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.

O bildirib ki, bu addımın atılması üçün sürətlə Türkiyə-Azərbaycan münasibətləri inkişaf etdirilir: "Yeni Azərbaycan Partiyası ilə də sıx əlaqələrimiz qurulub”.

AKP sədrinin I müavini qeyd edib ki, noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsilə Azərbaycanın Qarabağda qazandığı Zəfər əbədiləşdirilib.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin