Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
13:10 - 29 İyun 2021
Tovuz rayonunda Suvarma Sistemləri İdarəsi və fermadan oğurluq olub.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisindəki fermaların birindən 400 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Düz Cırdaxan kənd sakinləri S.Məmmədov və O.Məmmədov saxlanılıblar.
Davam etdirilən tədbirlərlə onların rayon ərazisindəki bir daş karxanasından 600 metr, bir fermadan isə 1800 metr elektrik naqili oğurlamaları da müəyyən edilib.
Bundan başqa, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də “Ceyrançöl” adlanan ərazidə Suvarma Sistemləri İdarəsinə məxsus su mühərrikinin 1000 manat dəyərində elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Çatax kənd sakini M.Quliyev və Bakı şəhər sakini N.Ələkbərov saxlanılıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin