Yevlaxda mağazadan 5 min manatlıq oğurluq edildi

12:45 - 29 İyun 2021

Yevlaxda mağazadan 5 min manatlıq oğurluq edildi

Yevlax rayonunda mağazadan oğurluq edən şəxs tutulub.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də rayon ərazisindəki mağazaların birindən 4 000 manat pul və 800 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən Duzdağ kənd sakini E.Şirinov saxlanılıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin