Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqladı

10:34 - 6 Dekabr 2021

Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqladı

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

Manset.az-ın məlumatına görə, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qayınatasını bıçaqlayıb.

Faktla bağlı Göyügöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin