Bakıda ayrı-ayrı rayonlarda 3 nəfəri avtomobil vurdu

09:04 - 11 İyun 2021

Bakıda ayrı-ayrı rayonlarda 3 nəfəri avtomobil vurdu

Paytaxtın Sabunçu, Yasamal və Xətai rayonlarında piyada vurulması ilə nəticələnən avtoqəzalar baş verib.

Manşet.az apa-ya istinadən xəbər verir ki, hadisələr gecə saatlarında qeydə alınıb.Sabunçu rayonunun Zabrat qəsəbəsində yolu keçən 1959-cu il təvəllüdlü Qafarov Vasif Xıdır oğlunu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında 1979-cu il təvəllüdlü Əliyeva Vüsalə Elbrus qızını və 1968-ci il təvəllüdlü Rasim Mehdiyevi 8 Noyabr prospektində avtomobil vurub. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktlar araşdırılır.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin