Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
12:14 - 29 İyun 2021
Bakıda nikahdan kənar arvadının keçmiş əri İsa Qurbanovu döyməkdə və bıçaqlamaqda günahlandırılan Fəxrəddin Əliyevin məhkəməsi keçirilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədə ifadə verən F.Əliyev deyib ki, qonşusu İsa Qurbanovla həyət sahəsinin çəpərlənməsi üstündə mübahisə edib: “Söhbətimizi davam etdirmək üçün onunla yaxınlıqda yerləşən dəmiryolu xəttinin yanına getdik. Orada əlbəyaxa dava oldu və mən İsaya bir neçə zərbə endirdim. Sonradan onunla barışdıq”.
Lakin bu hadisədən bir müddət sonra tərəflər arasında yenidən mübahisə yaranır. Bu dəfə Fəxrəddin İsanı bıçaqlayır. Amma yenidən zərərçəkmiş şəxs Fəxrəddini bağışlayır. Təqsirləndirilən şəxs məhkəmədə bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.İsa Qurbanov da məhkəmədə ifadə verərək mübahisənin hasar çəkmək üstündə yarandığını bildirib və növbəti davada Fəxrəddinin onu bıçaqladığını deyib: “Bütün bunlara baxmayaraq, ondan heç bir şikayətim və tələbim yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişəm”.
F.Əliyevin arvadı A.M. şahid qismində ifadə verərək bildirib ki, həmin ərazidəki bağ evlərinin birində mühafizəçi işləyir. O qeyd edib ki, Fəxrəddin Əliyevlə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır: “İsanı 2-3 il olar qonşuluqdan tanıyıram. Əvvəllər İsa ilə birlikdə yaşayırdıq, sonra ondan ayrıldım və Fəxrəddinlə münasibətim yarandı. Sonradan bildim ki, Fəxrəddinlə İsa arasında yol kəsmək üstündə mübahisə olub və onlar əlbəyaxa davaya çıxıblar. Həmin vaxt orada olmamışam. Hadisənin necə baş verməsindən də məlumatsızam”.
Hakim Tural Ələkbərovun sədrliyi ilə keçən məhkəmədə Fəxrəddin Əliyevə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin ona 1000 manat pul cəriməsi kəsilib.
Qeyd edək ki, Fəxrəddin Əliyev əvvəllər də Cinayət Məcəlləsinin 127.1 (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Ona həmçinin ötən ilin oktyabrında 1000 manat cərimə kəsilib. Həmin cəriməni ödəmədiyi üçün Nərimanov Rayon Məhkəməsində onun cərimələri toplanıb və 2000 manat cərimə ödəməli olduğuna qərar verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin