Malidə terror aktı - Matəm elan olundu

09:17 - 5 Dekabr 2021

Malidə terror aktı - Matəm elan olundu

Malinin keçid dövrü prezidenti, polkovnik Assimi Qoita 30 dinc sakinin ölümü ilə nəticələnən terror aktı qurbanları üçün üç günlük ümummilli matəm elan edib.

Manset.az xəbər verir ki, müvafiq sərəncam prezident administrasiyasının saytında dərc edilib.

Mali hökumətinin məlumatına görə, dekabrın 3-də silahlılar Bandiaqara bölgəsində bazara insanları aparan yük maşınına hücum edib və 31 nəfəri öldürüb. Daha 17 nəfər yaralanıb.

Hücum edən silahlıların tapılaraq zərərsizləşdirilməsi üçün əlavə ordu qüvvələri göndərilib.

Terror aktı cənubda Burkina Faso və qərbdə Mavritaniya ilə həmsərhəd olan Mopti bölgəsində baş verib. Moptidə “Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşmasının dəstələri fəaliyyət göstərir. O, 2017-ci ilin yazında yaradılıb və "Əl-Qaidə" ilə sıx əlaqələrə malikdir.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin