Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
18:06 - 3 Dekabr 2021
"İlk dəfədir belə böyük filmdə çəkilirəm. Güman edirəm ki, davamlı olacaq".
Manşet.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. "5 Betər" filmində rol alan "Toppuş bacı" ləqəbli aktrisa qala gecəsində obyektivimiz qarşısına keçib. Tədbirə qara geyimdə və baş örtüyündə qatılan Tünzalə xeyli çəki atması ilə də diqqət çəkib.
O bildirib ki, xəstəliyi ilə bağlı iştahı kəsilib və yemək yeyə bilmir:
"Hazırda kimyaterapiya almışam. Ümid edirəm, yaxşı olar. Ayağımda tromp var idi. Onda da kimyaterapiya olmazdı. Buna görə də dayandırdıq, o problemi aradan qaldırdıq. İndi ayağım düzəlib və kimyaterapiyaya davam edirik.
Bir həftədir heç nə yemirəm. Son 15 gündə 8 kiloqram çəki atdım".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin