Qəddafinin oğlu Liviya prezidentliyinə namizəd ola biləcək - FOTO

13:56 - 3 Dekabr 2021 - DÜNYA

Liviya məhkəməsi ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı şikayəti qəbul edilib.

Manset.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Seyfülislam Qəddafinin Liviya prezidentliyinə namizəd olması üçün imkan yaradılıb.

Qeyd edək ki, dekabrın 24-də Liviyada Prezident seçkisi keçiriləcək. Bu il noyabrın 14-də Seyfülislam Qəddafi namizədliyini irəli sürmüşdü. Ancaq müxtəlif cinayətlərdə və müharibə suçları ilə ittiham olunduğundan onun namizədliyi ləğv edilmişdi.

Liviyanın Hərbi Prokurorluğu 2011-ci ildə ölkədəki etiraz aksiyalarını zor tətbiqi ilə dağıtmaqda təqsirli bilmişdi. S.Qəddafi insanlığa qarşı suç ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışdadır.



Loading...

Xəbər xətti

18 Yanvar 2022