Bakıda qadın restorandan 3 500 manatlıq palto oğurlandı

14:20 - 3 Dekabr 2021 - KRİMİNAL

Bakıda restoranda oğurluq olub.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3 500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini L.Süleymanova müəyyən edilərək saxlanılıb.


Loading...

Xəbər xətti

18 Yanvar 2022