Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
12:02 - 3 Dekabr 2021
Müğənni Roza Zərgərli sosial şəbəkələrdə onun adından istifadə edən iki şəxsi polisə verib.
Manset.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.
Zərgərlinin hüquq-mühafizə orqanlarına müraciət etməsinə səbəb bir falçının onun şəklini instaqramdakı səhifələrin birində “Roza Zərgərliyə cadu etdilər” başlığı ilə paylaşdıraraq, özünü reklam etməsi olub.
Müğənni falçıya zəng edərək “Məndə cadu var? Məndən cadu tapmısınız? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?” sözlərini deyib.
“Biz sənət insanlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar ve dinimizə aid olmayan yalandan insanları dolandıraraq onların pullarını mənimsəyirlər. Tezliklə polis tərəfindən saxtakarlıqla məşğul olduğuna görə hər iki şəxs qanun qarşısında cavab verəcəklər”, - deyə sənətçi əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin