Bakının məşhur gecə klubunda qız damarlarını belə doğradı - ANBAAN VİDEO

11:21 - 3 Dekabr 2021

Bakının məşhur gecə klubunda qız damarlarını belə doğradı - ANBAAN VİDEO

Bakının Nəsimi rayonu ərazisində gecə klubunda baş verən intihara cəhd hadisəsinin təfərrüatları məlum olub.

Manset.az xəbər verir ki, hadisə yerində olan bloger Cəmil Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Rəşid Behbudov küçəsində yerləşən “DISCO CLUB” adlı gecə klubuna gedib və orada çəkiliş edib.

O, həmin kluba gedib və orada özünü xarici vətəndaş kimi təqdim edib. Lakin sonradan onu tanıyıblar və mühafizəçilər blogeri və onunla birlikdə olan şəxsi çölə çaxarıblar.

Gənclər də əraziyə polis çağırıblar. Sonradan içəridə olan qadınlardan biri çölə çıxıb və özünə xəsarət edib.

“Bizə obyekt sahibləri müxtəlif təkliflər etdilər. Lakin gördülər biz onlarla razılaşmırıq, sonra həmin qadın çıxdı və bıçaqla özünə xəsarət yetirdi. Daha sonra içəridən yataqları yığışdırmağa başladılar.

Bütün bunları əxlaqsızlıq yuvasını işlətmək üçün edirlər. Biz çalışırıq ki, həmin əxlaqsızlıq yuvasını bağlasınlar. Orada yaşayan sakinlər insanlar həmin obyektlərdən şikayətlər edirlər”, - deyə Cəmil Quliyev bildirib.
Sonradan həmin gənclər polisə şikayət ediblər.

Qeyd edək ki, sözügedən “DISCO CLUB”un adı əvvəllər “RELAX” idi. Həmin obyekt masaj salonu adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Sonradan həmin obyekt bir neçə dəfə bağlanıb. Daha sonra adı dəyişdirilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

“Görüntülərdən məlumatlıyıq. Həmin ünvanda Nəsimi RPİ əməkdaşları tərəfindən tədbir görülüb. Hazırda araşdırmalar davam etdirilir”, - deyə qurum rəsmisi bildirib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin