Azərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak oldu

11:00 - 3 Dekabr 2021 - HADİSƏ

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Loading...

Xəbər xətti

18 Yanvar 2022