Bakıda gecə klubunda OLAY: Qadın özünə bıçaq zərbələri vurdu

09:00 - 3 Dekabr 2021 - HADİSƏ

Bakıda intihara cəhd hadisəsi baş verib.

Manset.az report-a xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Şahbazova Məryəm Tofiq qızı gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Şahbazova cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)


Loading...

Xəbər xətti

18 Yanvar 2022