Mahir Emreli Dubaya gedir

23:14 - 2 Dekabr 2021

Mahir Emreli Dubaya gedir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının qış hazırlıq planı bəlli olub.

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.

2022-ci il yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı nəzərdə tutulub.

Qeyd edək ki, "Legiya" Polşa Ekstraklasasında 14 turdan sonra 12 xalla 16-cı pillədə qərarlaşıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin