Türkiyədə dənizə yıxılan azərbaycanlı gəmiçinin nəşi tapıldı

19:00 - 2 Dekabr 2021

Türkiyədə dənizə yıxılan azərbaycanlı gəmiçinin nəşi tapıldı

Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.

Manset.az xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

Hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin