"Üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir" - Ceyhun Bayramov

18:52 - 2 Dekabr 2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə iştirak edib.

Bu barədə Manset.az-a XİN-dən bildirilib.

C.Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb: "Hazırkı mərhələdə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir. İnanırıq ki, sözügedən bəyanatlara uyğun olaraq nəqliyyat vasitələrinin bərpa edilməsi regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsində müsbət rol oynayacaq və bizim bütün tərəfdaşlarımızın xeyrinə bölgədə ticarət və nəqliyyatı əhəmiyyətli şəkildə artıracaqdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Bu işlər nəticəsində azərbaycanlı məcburi köçkünlər öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönəcəklər".

GUAM üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə Protokol imzalanıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin