Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır

16:53 - 2 Dekabr 2021

Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır

İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkında ərazisində "Kapital Bank" ASC-nin bankomatı quraşdırılıb, yaxın günlərdə ödəniş terminallarının qoyulması planlaşdırılır.

 

Manset.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

"Ağdam Sənaye Parkına sahibkarlar böyük maraq göstərir. Hazırda müxtəlif çeşidli sintetik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1 100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda qeyd olunub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin