Xalq artistinin oğlu əlil arabasında gəzir - FOTO

16:07 - 2 Dekabr 2021

Xalq artistinin oğlu əlil arabasında gəzir - FOTO

Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmmədin ayaqları tutulub.

 

Manset.az xəbər verir ki, "Elgizlə izlə" proqramına qatılan Məmməd studiyaya əlil arabasında gətirilib. Onkoloji xəstəlikdən əziyyət çəkən Məmmədin eyni zamanda böyrəyində problem var.

"Vəziyyətim çox pisdir. Durub gəzə bilmirəm, əlim və ayağım tutulub. Bilmirəm səbəbi nədir. Deyirlər insult keçirmisən" deyə, Məmməd söyləyib. 

Qeyd edək ki, M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkir. O, eyni zamanda 6 ildir dializə gedir.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin